Azərbaycanda nə qədər yetim var? - SAYLARI ARTIR


Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində yetim və valideyn himayəsindən mərhum olan 862 uşaq təlim-tərbiyə alır.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən pardığı hesablama göstrir ki, son bir ildə yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı 17% və ya 125 uşaq artıb. Ötən ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı 737 nəfər olub.
Qeyd edək ki, yetim və valideyn himayəsindən mərhum olan uşaqların 504 nəfəri ümumtəhsil internat məktəblərində, 44 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 28 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 86 nəfəri isə uşaq evlərində təlim-tərbiyə görür.
Azərbaycan müstəqillik əldə etdikdən - 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı  ən yüksək həddə 2003-cü ildə çatıb. Həmin il internat müəssisələrində 3456 yetim və valideyn himayəsindən mərhum olan uşaq təlim-tərbiyə alıb. Sonrakı illərdə yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı azalmağa başlasa da son illər yenidən artmağa başlayıb.
Onu da bildirək ki, 2016-cı ildə internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı  602 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top