11 sentyabr hadisələrindən 18 il ötür - VİDEO


2001-ci il sentyabr ayının 11-i. Hər il bütün dünya bu görüntülərə baxıb dəhşətə gəlir. Və artıq bu terror hadisəsinin üzərindən 18 il ötür.
Yeniavaz.com xatırladır ki, terrorçular "American Airlines" şirkətinə məxsus 4 sərnişin qaçırırlar. Yerli vaxtla saat 08:46-da ilk təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılır. 09:03-də Cənub qülləsi də bənzər hücuma məruz qalır. Hər iki qüllədə çox sayda insan köməksiz vəziyyətdə qalır. İnsanlar zəhərli tüstüdən xilas olmaq üçün binadan özlərini atırlar. Saat 09:59-da Cənub Qülləsi də çökür. Saat 10:28-də ikinci bina da çökür. 09:37-də daha bir təyyarə Pentaqon binasına çırpılır. Saat 10:03-də dördüncü təyyarə Pensilvaniyada qəzaya düşür. Məlumata görə bu təyyarənin hədəfi Ağ ev olduğu deyilir. Bu hadisələr 2996 sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnir.Həyatını itirənlərin 343-ü xilasedicilər idi.  Terror aktı nəticəsində Nyu-York şəhərinə 36 milyard dollar həcmində zərər dəyir. “Əkiz” qüllələrin dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparır. 
Terroru “Əl-Qaidə” terror təşkilatı öz üzərinə götürür. Federal Təhqiqat Bürosu 3 gün ərzində təyyarə oğrularının siyahısını tərtib edir. Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlayır. 72 saat aparılan araşdırma nəticəsində “Əl-Qaidə” ilə bağlılığı olan 19 terroristin şəxsiyyətləri müəyyənləşdirilir. “Əl-Qaidə” lideri Üsame Bin Ladeni tutmaq üçün ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlayır. Həmin hadisədən bir ay sonra ABŞ Əfqanıstanı işğal edir. Məhz bu hadisələr bütün dünyada ciddi qorxuya salır. Çünki ən qüdrətli dövlət hesab olunan ABŞ-da belə miqyasda terror hadisəsinin reallaşdırıla biləcəyi inanılmaz idi.
2001-ci il sentyabrın 20-də zərər çəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək məqsədi ilə hücumların qurbanlarına yardım etmək üçün böyük miqdarda pul ayrılır və xeyriyyə cəmiyyətləri yaradılır. ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur.
ABŞ-ın Əfqanıstana qarşı təşkil etdiyi antiterror koalisiyasına ilk gündən Azərbaycan da aktiv təstək verməyə başlayır. Ölkəmiz 2001-ci il 11 sentyabrdan sonra ABŞ-a mənəvi dəstək verməklə bərabər, antiterror koalisiyası təyyarələrinə hava dəhlizinin verilməsi, terrorçuların maliyyə axınlarının qarşısının alınması və "Əl-Qaidə" təşkilatının fəal üzvlərinin həbs olunmasında fəal iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top