"Əli Kərimlinin mühafizəçisinin yoxa çıxmasında əlim var..." - ŞOK SƏS YAZISI


"Ruslan Əmirlinin yoxa çıxmasında dolayısı ilə əlim var. Bəs o bilmirdi ki, mənə toxunanda, insanların ana-bacısın söyəndə bunun cavabı olacaq?".

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yoxa çıxdığı deyilən mühafizəçisi Ruslan Əmirli ilə bağlı Criminal.az saytının sualına cavab olaraq "Milli Fədailər"in rəhbəri Fuad Muradov deyib. 

Onun sözlərinə görə, R.Əmirlini "Milli Fədailər" aparıbsa, az sonra səsi çıxacaq: "Demək nəsə var ki, yoxa çıxıb də. Kimsənin haqqına girəndə, kiminsə arxasınca danışanda və həmin adamların ətrafında olan insanlara lazımsız söz-söhbət aparanda bunun nəticəsi necə olmalı idi? AXCP nə cür susmalıdır? Söyüşün biri bir qəpikdən, bacı qalmayıb, namus qalmayıb, bəs bunlar necə susmalıdır? 

Ruslan Əmirli ətrafımda olan insanlara artıq-əskik söhbətlər aparıb. Bizə əli silahlı dəstə deyir. Bu vaxta qədər sənin başına tapança dirəyən olub? Sən kimsən ki, ətrafımdakı insanlarda mənim haqda fikir formalaşdırasan. Ruslan gedibsə demək nəsə səbəb var". 
Eyni zamanda Fuad Muradovun jurnalist Nurlan Libre ilə telefon danışığının səs yazısı sosial şəbəkələrdə yayılıb. Həmin səs yazısını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top