"Qarabağ"da böyük itki: "Sevilya" ilə oyunu buraxa bilər


Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda Uelslə oyunda zədələnib.

Yeniavaz.com xəbər verir ki, Almeyda yalnız 1 həftə sonra məşqlərə başlaya biləcək.
Legioner futbolçu "Qarabağ"ın Premyer Liqanın dördüncü turunda "Neftçi"yə qarşı keçirəcəyi matçı və Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə Bakıdakı oyunu buraxmaq ehtimalı da var.
Qeyd edək ki, "Qarabağ" - "Sevilya"oyunu sentyabr ayının 19-da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top