Mxitaryan Türkiyə ilə Azərbaycanı müqayisə etdi: "İstanbula gedəcəm"


İngiltərənin "Arsenal" futbol klubundan İtaliyanın "Roma" klubuna keçən erməni əsilli futbolçu Henrix Mxitaryan keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini eyniləşdirmək olmaz.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, jurnalistlər Henrix Mxitaryandan Avropa Liqası oyunları çərçivəsində İstanbulda baş tutacaq "Başaqşəhər"-"Roma" oyununda iştirak edib-etməyəcəyini soruşublar. Mxitaryandan isə deyib ki,  "Roma" klubunun tərkibində İstanbula səfər edəcək.
Erməni futbolçu bildirib ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini eyniləşdirmək olmaz: "Düzdür əvvəllər Türkiyə ilə anlaşılmazlıq olub.  Lakin insanlar bunu unudublar. Mənim Türkiyə ilə problemim yoxdur".
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top