Şumayxer gizli şəkildə Fransaya aparıldı


2013-cü ildən komada olduğu deyilən F1 pilotu Mixael Şumayxerin əməliyyat üçün Fransaya gətirildiyi ortaya çıxıb.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, Şumayxer Fransanın Pompidou xəstəxanasına yerləşdirilib. Şumayxerin burada gizli bir əməliyyat keçirdiyi bildirilib. Kök hüceyrə nəql edilən pilotun sağlığında irəliləyişlərin olduğu söylənib. Qeyd edək ki, almaniyalı F1 pilotu Mixael Şumayxer Alp dağlarında xizək sürərkən yıxılaraq ağır xəsarət alıb. O gündən komaya düşən pilotun səhhətinin yaxşıya getdiyi ilə bağlı bir neçə dəfə xəbərlər yayılsa da, Şumayxerin harda olduğu və necə müalicə edildiyi gizli saxlanılır.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top