Sumqayıtda təbii qaz kəsiləcək


Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sentyabrın 11-də saat 10:00-dan 17:00-dək şəhərin Kimyaçılar və Kotec qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26 və 7-8-12-ci məhəllələrin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək. (APA)

DİGƏR XƏBƏRLƏR

Top