Flora Kərimova: "Əgər dövlət ananın qucağından övladını götürüb..."


Bir müddətdir gündəmdən düşməyən uşaq pulu barədə mübahisələr davam edir. Bəzi millət vəkilləri uşaq pulu haqqında təkif edilən qanun layihələrini dəstəkləsə də buna qarşı olduqlarını söyləyən millət vəkilləri də az deyil. Bu barədə ziddiyyətli fikirlər davam edərkən xalq artisti Flora Kərimovadan mövzu ilə bağlı münasibət öyrəndik.
Xalq artisti, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, dövlət gərək valideynlərə övladlarına baxacaq qədər maddi yardım etsin: "Heç olmasa az təminatlı uşaqların ailələrinə yardım edilməlidir. Övlad dövlətin övladır. Hər bir uşaq bu ölkənin uşağıdır. Əgər valideynlərə qalsa idi heç kəs övladını müharibəyə buraxmazdı. Bütün dünyada analar belədir. Heç biri müharibənin olmasını arzu etməz, övladını müharibəyə göndərmək istəməzdi. Əgər dövlət ananın qucağından övladını götürüb vətənə borcun var deyib, müharibəyə apara bilirsə, onda vətənin də övlada borcu var. Axı sabah bu hökumət övladlarımızı xidmətə çağıracaq? Sabah hansı bir qız evinin çırağını yandıracaq? Hirsləndim ay oğul. Mənə elə suallar verdiniz ki... Bizim nə qədər cavanlarımız müharibədə şəhid olub. Bu dövlətin vətənin uğrunda dünyalarını dəyişiblər”.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top