Son 10 ildə Azərbayacan, Gürcüstan və Ermənistanda əmək haqqı - TAM SİYAHI


Son 10 ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 76% artaraq 2010-cu ildəki 332 manatdan bu ilin iyul ayının əvvəlindəki 585,2 manata yüksəlib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda orta aylıq nominal əmək haqqı milli valyutada artsa da, dollar ilə ifadədə azalıb. Belə ki, son 10 ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 17% azalaraq 413 dollardan 344 dollara düşüb.
Qeyd edək ki, Azərbaycana qonşu olan iki ölkədə Gürcüstan və Ermənistanda isə orta aylıq nominal əmək haqqı Azərbaycandan fəqrli olaraq həm milli valyutalarda, həm də dollarla ifadədə artıb.
2010-cu ildə Gürcüstanda orta aylıq əmək haqqı 597,6 lari (339 dollar) olduğu halda bu ilin son məlumatına görə 1202 lari (415 dollar) olub. Rəqəmlərdən də göründüyü kimi Gürcüstanda orta aylıq əmək haqqı son 10 ildə milli valyutada 2 dəfə, dollarla isə 22% artıb.  
Ermənistanda isə orta aylıq əmək haqqı son 10 ildə milli valyutada 82%, dollarla isə 43% artıb. Belə ki, 2010-cu ildə Ermənistanda orta aylıq əmək haqqı 102,6 min dram (275 dollar) olduğu halda bu il 187,7 min dram (357 dollar) olub.

 

DİGƏR XƏBƏRLƏR

Top