Bakıda 4 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılıb


Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.

Uşaq ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Valideynlər uşaq xəstəxanaya yerləşdiriləndən sonra hadisədən xəbər tutublar.

DİGƏR XƏBƏRLƏR

Top