Bakıda qayınanasını vəhşicəsinə döyən kürəkən saxlanıldı – DƏHŞƏTLİ FOTOLAR - YENİLƏNİB

Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G. Abdullayevanın kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, qohumlar arasında yaranan mübahisənin detalları ilə bağlı həmin şəxslərin izahatları alınıb. Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

İzahatında E.Bayramov qeyd edib ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qayınanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb,  bundan əsəbiləşən E. Bayramov onların yaşadığı ünvana gedib, qayınanana fiziki təzyiq göstərərək xəsarət yetirib.

Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub.

***20:02
Bakıda gənc ailədə başlayan münaqişə sonda qaynananın ölümcül döyülməsi ilə nəticələnib. 

Yeniavaz.com xəbər verir ki, Güldanə Hacıyeva Criminal.az saytına zəng edərək yeznələrinin onların başına gətirdiyi hadisəni danışıb:

"Srağagün yeznəmiz Elnur Bayramov bacım Xalidə Hacıyevanı və uşaqlarını döyərək evdən qovub. Bacım uşaqlarını da götürərək anamın Buzovnada kirayə qaldığı evə gəlib. Elnur zəng edərək anam Gülazə Abdullayevanı hədələyib ki, niyə arvadını və uşaqlarını evinə buraxıb? 

Anamı hədələyib ki, axşam gəlib qan salacam. Bunları anam mənə telefonda deyib sağollaşdı, az sonra yenidən zəng etdi ki, özünü təcili bizə çatdır. Anamgilə gedib gördüm ki, Elnur evdən bıçaq götürərək hasardan anamgilin həyətinə keçib. Evin qapısın bağlamaq istəsələr də, alınmayıb. Elnur əlində bıçaq içəri girib, uşaqları bıçaqla hədələyib. 

Bacımı yerə yıxıb başını betona çırpıb, sonra da anamın saçından tutaraq mətbəxdə sürüyüb, sonra çarpayıya çırpıb. Anam özündən gedib. Anamın sifətinə bir neçə tikiş vurublar. Bacıma deyib ki, polisə versən deyəcəm başqa kişi ilə tutumuşam. 102-yə zəng etdik, polislər gəlib onun qandalda 1-ci polis bölməsinə apardı. Evin qanın təmizləyiblər, bacım anamın yanına getmyə hazırlaşırmış, Elnur yenidən gəlib. 

Bacım Xalidəni və uşaqlarını aparıb, deyib ki, gəlsəniz hamınızı doğrayacam. Bizə deyir ki, birinizi öldürüb içəri gedəcəm. Elnur narkomandı, hallanır bütün günü". 

G.Hacıyeva deyir ki, neçə gündür uşaqlar qorxu içərisindədir: "Polisə şikayət edirəm, mənə cavab verirlər ki, tuta bilmərik. Polis nəyi gözləyir, bizi öldürsün, sonra tutsunlar? Axı qorxu içərisində yaşayırıq. Anam xəstəxanada pis vəziyyətdə, kəllə-beyin travması alıb, burnundan ağır xəsarətləri var". 

Bakı Şəhər Baş polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır. Onun sözlərinə görə, qohumlar arasında yaranan mübahisənin xüsusatları ilə bağlı həmin şəxslərin izahatları alınıb. 

İzahatında E.Bayramov qeyd edir ki, avqustun 21-də gönorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qaynanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evində gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərək xəsarət yetirib. 

Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılır.

DİGƏR XƏBƏRLƏR

Top