Siyavuş Novruzov “Facebook”da səhifə açıb - FOTO


"İnanıram ki, facebook səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov yeni açdığı "Facebook" səhifəsində yazıb. O bildirib ki, hər zaman mətbuata açıq olub və bu halı sosial şəbəkələrlə də davam etdirmək niyyətindədir.
Həmin yazını təqdim edirik:
"Hörmətli dostlar, əziz həmvətənlər!
Müasir dövrdə sosial şəbəkələrin, sosial medianın və interaktiv ünsiyyətin rolu və həcmi durmadan artır. Həyatımızın müxtəlif sahələrinə daxil olmuş bu vasitələr təbii ki, hardasa bizim də onlara uyğunlaşmağımızı tələb edir. Bu gündən bir partiya funksioneri, millət vəkili və siyasətçi kimi mən də sosial mediada olmağa qərar verdim. Hər zaman mətbuata, televiziyalara açıq və əlçatan olmuşam, mövqeyimi, inandığım dəyərləri və siyasəti çatdırmağa çalışmışam. İnanıram ki, facebook səhifəm də məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. Sizlərin hamınızı səhifəmdə salamlayıram. Ümid edirəm ki, səhifəm mənim olduğu qədər sizlər üçün də faydalı və maraqlı olacaq.
Hər birinizə hörmət və ehtiramla... ".
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top