Azərbaycanda orta məktəb limon yetişdirib satacaq


Yevlaxın Xaldan qəsəbəsində yerləşən Xaldan kənd kompleks tam orta məktəbin həyətində limon bağı salınıb.
Yeniavaz.com xəbər verir ki, istixana şəraitində becərilən “Meyer” sortu olan limonun hər ağacı 150-200 ədəd meyvə verir.
Limonların satışında gələn gəlirdən məktəbin daxili işlərinə və yüksək naliyyət göstərən şagirdlərə təqaüd şəkilində verilməsi planlaşdırılır.
Bu ilin mart ayından yenidən bərpa edilən bağda 37 ağac əkilib.
Məktəbin bağbanı Alyoş İsmayılov bildirib ki, aqro texniki qaydalara uyğun olaraq becərilən limon ağaclarının noyabr ayından üzərinə selofan çəkiləcək, ağacların məhsuldarlığının artılması üçün calaq işləri də aparılacaq.
Qeyd edək ki, 38 il öncə Ulu öndər Heydər Əliyev Xaldan qəsəbəsində yerləşən təhsil ocağında olan zaman həmin limon ağacını görüb öz təccübünü gizlətməyib.
Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top