İmam Allahşükür Paşazadədən danışdı, camaat məscidi tərk etdi

“İlk dəfə idi ki, cümə namazında bu cür etiraz görürdüm. İnsanların səslərini yüksəltdiklərinə şahid oldum”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri dinşünas Elşad Miri öz feyzbuk səhifəsində yazıb. 

O bildirib ki, camaat arasında Göy məscid kimi məşhur olan Əjdər bəy məscidində cümə namazını Hacı Bəhruz adlı imam qıldırıb: "Xütbə əsnasında sözü Allahşükür Paşazadənin ad günü ilə əlaqəli açıqlamalarından, onun nüfuzlu şəxs olmasından, 70 illiyi ilə əlaqəli müxtəlif konfransların keçirilməsindən bəhs etməsi insanların etirazı ilə qarşılandı.

"Dindən danış" deyərək səsini yüksəldənlər daha sonra əl çalaraq İmamın xütbənin mövzusunu dəyişməsini istədilər. İmamın sözlərinə davam etməsindən sonra bəzi insanlar məscidi tərk etdilər".

Elşad Miri illərdir cümə namazına gedən bir şəxs olaraq ilk dəfə idi ki, insanların bu cür reaksiyasına və etirazına şahid olurduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top