Ötən gün Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, səhər saatlarında Bakı sakinləri olan 1977-ci il təvəllüdlü Kamran Əkbər oğlu Hüseynovun idarə etdiyi "Cherry" markalı, 90 NA 119 dövlət nömrəli avtomobillə 1951-ci il təvəllüdlü Mərdan İsfəndiyar oğlu Paşayevin idarə etdiyi "VAZ 2107" markalı, 10 KY 170 dövlət nömrəli avtomobil toqquşub.
Hadisə nəticəsində Kamran Hüseynov, avtomobildə olan oğlu 2011-ci il təvəllüdlü Əkbər Kamran oğlu Hüseynov və Mərdan Paşayev 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin bütün səylərinə baxmayaraq M.Paşayevin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə qənaətbəxşdir.