Hacıqabuldakı qəzada yaralananların vəziyyəti açıqlandı


Hacıqabulda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan iki nəfərin vəziyyəti orta-ağırdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə səkkiz nəfər müraciət edib:

"Müraciət edən şəxslərdən beş nəfəri 62, 52, 36, 20 və 17 yaşlı qadın, üçü isə 43, 47 və 14 yaşlı kişidir. Yaralılardan altısının xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir.

Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən avtomobil yolunda mikroavtobus qəzaya uğrayıb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top