Beyləqanda kütləvi dava - ÖLƏN VAR


Avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində insident baş verib. 

Yeniavaz.com “Qafqazinfo”a istinadən xəbər verir ki, kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top