Yaponiyada 200-dən çox aviareys təxirə salındı - SƏBƏB


Yaponiya sahillərinə yaxınlaşması gözlənilən Krosa fırtınasına görə 200-dən aviareys və qatar səfərləri təxirə salınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın sahilinə yaxınlaşması gözlənilən tropik Krosa fırtınasının Kaqoşima rayonundakı Taneqaşima adasından 260 kilometr cənub-şərqə çatdığı açıqlanıb. Səlahiyyətli şəxslər, fırtınanın qərb bölgələrinə eyni zamanda Kyuşi və Şikokuya çatacağını bildiriblər.
Sabah günorta saatlarında yağışın Şikokuda 900 mm, Tokai 600 mm, Kinki 500 mm, Kyuşuda 500 mm-ə çatacağını gözləyən Yapon Meteorologiya Agentliyi, bəzi bölgələrdə yağıntının 1200 millimetrə çata biləcəyi xəbərdarlığını edib. Bundan əlavə, fırtınanın sürətinin saatda 144 km ilə 162 km arasında dəyişməsi gözlənilir. 
Bildirilir ki, dağlanın hündürlüyü Şikoku sahilində 10 metr, Kyuşu, Kinki və Tokainin şimal və cənub sahillərində 9 metr-ə çatacaq. Səlahiyyətli şəxslər, insanları güclü külək, yüksək dalğalar, torpaq sürüşməsi və daşqın ehtimallarına qarşı diqqətli olmağa çağırıb. 
 

DİGƏR XƏBƏRLƏR

Top