Zelenskinin Kliçko ilə bağlı istəyi baş tutmadı

Ukraynanın Nazirlər Kabineti Kiyev meri Vitali Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyası rəhbəri vəzifəsindən azad edilməməsi barədə qərar qəbul edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir Vladimir Qroysmanın mətbuat katibi Vasili Ryabçuk öz "Facebook" səhifəsində məlumat verib.

“Vitali Kliçkonun işdən çıxarılması məsələsi hökumət üzvləri ilə müzakirə edildi. Hökumət hazırda belə bir şeyin olmacağını qərara alıb​​”, - deyə, V.Ryabçuk qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti V.Zelenski Kiyev meri V.Kliçkonu ikinci vəzifəsindən - Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırmaq istəyir və artıq hökumətdən müvafiq təqdimat verməsini istəyib. Ukrayna qanunlarına görə, şəhər merləri sakinlər tərəfindən səsvermə yolu ilə seçilir. Kiyev şəhər administrasiyasının başçısı hökumətin təklifi ilə prezident tərəfindən təyin edilir və vəzifədən azad edilir.

DİGƏR XƏBƏRLƏR

Top