Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcının hara aid olduğu bilindi - VİDEO


Baltik dənizinin neytral suları üzərində Rusiya Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışan NATO-nun “F-18” qırıcısı İspaniya Hərbi Hava Qüvvələrinə aiddir. 
Yeniavaz.com xəbər verir ki, “TASS” agentliyi məlumat verib.
Məlumata görə,videoda görünən qırıcı NATO-nun nəzarəti altında olan İspaniyanın Hərbi Hava Qüvvələrinə aiddir. Eyni zamanda NATO-nun Baltik dənizinin neytral suları üzərində uçan göyərtəsində kimin olması barədə məlumatının olmadığı bildirilib.
Qeyd edək ki, ötən gün NATO-nun "F-18" qırıcısı Baltik dənizinin neytral suları üzərində uçan göyərtəsində Rusiya müdafiə naziri Sergey Şoyqu və nümayəndə heyəti olan təyyarəyə yaxınlaşmağa çalışıb. NATO qırıcısı rusiyalı müdafiə nazirinin təyyarəsini müşaiyət edən Rusiyaya məxsus "SU-27" təyyarələri tərəfində uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top