İordaniya Məscidül-Əqsaya görə İsrailə nota verdi


İordaniya İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Erdanın Məscidül-Əqsadakı mövcud status-kvonun dəyişdirilməsi ilə bağlı verdiyi təklifə görə İrailə nota verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İordaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Süfyan əl-Xudat, verdiyi yazılı bəyanatda G. Erdanın Məscidül-Əqsadakı mövcud status-kvonun dəyişdirilməsi ilə bağlı verdiyi təklifi qəbul etmədiklərini bildirib. O, Məscidül-Əqsadakı mövcud tarixi və qanuni vəziyyəti dəyişdirməyin təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.
Beynəlxalq hüquq və insan haqları qanunlarına əsasən İsrailin işğalçı qüvvə olduğunu vurğulayan Xudat, İsrailin mövcud status-kvoya hörmət əlaməti olaraq öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.
İsrail hökumətindən bu sahədə atılan addımları dərhal durdurmağı tələb edən Xudat, Erdanın açıqlamalına etiraz əlaməti olaraq diplomatik yollardan rəsmi nota verdiklərini açıqlayıb.
Qeyd edək ki, ötən gün İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Erdan yəhudilərin də ibadət edə bilməsi üçün Məscidül-Əqsadakı mövcud status-kvonun dəyişdirilməsini tələb etmişdi. Mövcud status-kvo isə, Osmanlı dövlətindən etibarən məsciddə sadəcə müsəlmanların ibadət etməsinə icazə verir.

DİGƏR XƏBƏRLƏR

Top