ABŞ Ermənistan şirkətlərinə sanksiya tətbiq etdi - SƏBƏB


ABŞ-ın Ticarət Nazirliyi 10 ölkəyə məxsus 16 şirkətə qarşı sanksiya tətbiq edib.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, adları qara siyahıya salınan şirkətlərin arasında 2 Ermənistan şirkəti də yer alıb.
Şirkətlərə qarşı tətbiq edilən sanksiyanın səbəbi onların İranla əməkdaşlıq etməsi göstərilir.
Məlumatda bildirilir ki, Ermənistanın "İrəvan Elmi-Tədqiqat Rabitə İnistitutu" və "Markel" QSC adlı müəssisələri qara siyahıda yer alıb.
Onu da bildirək ki, qara siyahıya Ermənistandan başqa  Rusiya (Kaluga Radio Mühəndislik Tədqiqat İnstitutu), Gürcüstan, Kanada, Çin, Belçika, Honq-Konq, Malayziya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyadan olan 14 şirkətin adı daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top