Pakistan BMT Təhlükəsizlik Şurasını təcili toplanmağa çağırıb - SƏBƏB


Pakistan Hindistanın Cammu və Kəşmir əyalətində qoyduğu qadağalar və regionun mövcud status-kvosunu dəyişdirmək istəməsi ilə əlaqədar, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili toplanmağa çağırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Pakistanın xarici işlər naziri Mahmud Qureyşi, BMT Təhlükəsizlik Şurasına Cammu və Kəşmir məsələsi ilə bağlı məktub göndərdiklərini bildirib. O, Hindistan hökumətinin son vaxtlar verdiyi aqressiv qərarların Cammu və Kəşmirin beynəlxalq arenada da tanınan muxtariyyət statusuna xələl gətirmək məqsədi daşıdığını deyib.
Qureyşi, Hindistanın bu Cammu və Kəşmirlə bağlı qərarının regional və beynəlxalq sülhü hədələdiyini bildirərək, belə addımların regionda etnik təmizləməyə səbəb olabiləcəyini qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Hindistan Cammu və Kəşmir əyalətinin muxtariyyətini ləğv etdi və bununla da Pakistanla Hindistan arasında illərdir davam edən ərazi münaqişəsi yenidən dünyanın diqqətindədir.
Hindistan ləğv olunan əyalətin yerində iki müttəfiq ərazi yaratmaq istəyir.

DİGƏR XƏBƏRLƏR

Top