Yol polisi bütün sürücüləri postlarda buna görə saxlayır - VİDEO


DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının bütün stasionar postlarında sürücü və sərnişinlər arasında maarifləndirmə işləri aparılır.

Məqsəd Qurban bayramı ilə bağlı bölgələrə gedən insanların sayının artması və bunun nəticəsində qəzalardan qorunmaqdır. Cənub bölgəsinə gedən sərnişin mikroavtobusları fərdi nəqliyyat vasitələri 10 və 11-ci tağımların ərazisində saxlanılıb. 10-cu tağımın komandiri, polis mayoru Qulu Quliyev sərnişin və sürücülərlə söhbət aparıb, onlara yolda diqqətli olmağın vacibliyini izah edib. Qurban bayramı münasibətilə sürücü və sərnişinləri təbrik edən DYP komandiri onlara postlarda yaradılmış şərait barədə məlumat verib. Bildirib ki, sürücülər yorğun və yuxusuz olduqda idarə etdiyi nəqliyyat vasitəsini postun ərazisində saxlaya, əl-üzünü yuya və ya qısamüddətli istirahət edə bilər.

Tədbir zamanı qanunsuz sərnişindaşıma fəaliyyətinə də rast gəlinib. Hətta sərnişinləri mikroavtobusda oturacaqda yox, döşəmədə əyləşdirən sürücünü aşkarlayan yol polisi onun bəhanələrinə əhəmiyyət verməyərək cərimə yazıblar.

11-ci tağımın əməkdaşları də yollarda sürücülərlə maarifləndirmə işini gücləndirib. YPX əməkdaşları sürücüləri postda dəvət edərək burada onlar üçün yaradılmış şəraitdən istifadə etməyi təklif edib. Sərnişinlərlə aparılan söhbətlər zamanı onlara sürücünün diqqətini yayındırmamaq və sürücünün hərəkətlərindən narazı olduqda polisə məlumat vermək tövsiyə edilib.

Hər iki tağımın fəaliyyətini əks etdirən videonu təqdim edirik:

 

(Avtosfer.az)

DİGƏR XƏBƏRLƏR

Top