"Apple" smartfonlarını "sındıracaq" şəxsə 1 milyon dollar verəcək


"Apple" şirkəti "iPhone" smartfonlarının və ya "Mac" kompüterlərinin təhlükəsizliyində zəif nöqtələri tapa biləcək şəxsə 1 milyon dollar verəcək.

Şirkətin rəsmisi İvan Krstiç Las-Veqasda keçirilmiş "Black Hat 2019" konfransında "iOS" əməliyyat sisteminin nüvəsini sındıra biləcək mütəxəssisin bu mükafata layiq görüləcəyini deyib.

Sözügedən 1 milyon dolları qazanmaq istəyən haker hər hansı bir "Apple" cihazının idarəsini uzaqdan ələ almağa müvəffəq olmalıdır.

Bu şirkətin öz məhsullarında problemlərin aşkar edilməsi üçün təklif etdiyi ən böyük pul məbləğidir. Bundan əvvəl təklif olunan məbləğ 200 min dolları keçmirdi.//sputnik.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top