Əncir insan orqanizminə faydalı olan meyvələrindən biri sayılır. Respublikamızın müxtəlif bölgələridə də əncir yetişdirilir. Araşdırma zamanı əncirin bir çox xəstəliklərə müsbət təsir etdiyi və onların yaranmasının qarşısını aldığı məlum olmuşdur.
Yeniavaz.com əncirin faydalarını təqdim edir:
Əncir, antioksidant, lif, minerallar və vitaminlərlə zəngindir. Tərkibində olan kalsium və K vitamini sümükləri gücləndirir. Beləliklə də sümük xəstəlikləri riskini azaltmış olur. Meyvənin tərkibində kaliumun yüksək olması eyni zamanda qan təzyiqini normallaşdırır. 2 ədəd orta ölçülü əncirin tərkibində 1 stəkan süd var. Xüsusilə qara əncirdə kalsiumun miqdarı daha çoxdur.
Bədəni toksinlərdən təmizləyir: Əncir həm qurudulmuş halda həm də adi halda istehlak edilir. Hər iki halda yeyildikdə bədəni zərərli toksinlərdən təmizləyir. Antioksidant baxımından zəngin olan meyvə qanın və bağırsaqların təmizlənməsində də köməkçi olur. Göz və tənəffüs yolu xəstəliklərinin qarşısını alır.
Həzm sistemini tənzimləyir: Əncirin həzm sisteminin tənzimlənməsinin əsas səbəbi tərkibinin liflə zəngin olmasıdır. Bundan əlavə, toxluq hissi yaradır və çəki atmaqda köməkçi olur. Araşdırma zamanı məlum olmuşdur ki, əncir mədə xorası xəstəliyinin də qarşısını alır.
Xərçəng riskini azaldır: Araşdırma zamanı əncirin xərçəng riskini azaltdığı məlum olmuşdur. Xüsusilə də qadınlarda rast gəlinən süd vəzi xərçəngi. Həkimlər süd vəzi xərçənginə yoluxmamaq üçün gün ərzində 1 ədəd əncir yeməyi məsləhət görürlər.
Əncirin zərərləri: Hər bir qidanın faydalı tərəfləri olduğu kimi zərərləri tərəfləri də var. Əncirin tərkibində şəkərin miqdarı çox olduğundan şəkər xəstələrinə ün ərzində 1 ədəd yemək məsləhət görülür. Sağlam şəxslər də gün ərzində 2-3 ədəd istehlak edə bilər. Əncirin tərkibində şəkərin miqdarı çox olduğundan təzyiqi də yüksəldir.
İlahə Hüseynova