Yumurtanın köhnə olduğunu necə anlamalı? – MARAQLI ÜSUL


Yumurta digər qidalar kimi köhnəldiyi zaman nə kiflənmir nə də ətrafa pis qoxu yaymır.  Amma elə üsullar vardır ki, onunla yumurtanın təzə və ya köhnə olduğunu, hətta neçə günlük olduğunu belə müəyyən etmək mümkündür.
Yeniavaz.com yumurtanın təzə və ya köhnə olduğunu anlaya biləcəyiniz yolları təqdim edir:
Su testi: Aldığınız yumurtanın köhnə olduğunu başa düşmək üçün su testi üsulundan istifadə edə bilərsiniz. Su testini tətbiq etmək üçün ilk növbədə boş bir qabı su ilə doldurub, yumurtanı qabın içərisinə qoyursunuz. Əgər yumurta suyun üzərinə çıxarsa bu o deməkdir ki, yumurta köhnədir.
Yumurta ağının və sarısının ayrılması: Yumurtanı qırdığınızda sarısı və ağı bir-birinə qarışmır və ya tamamilə bir-birindən ayrıdırsa bu yumurtanın yeni olduğunu göstərir.
Qaynadılmış yumurta: Qaynadılmış yumurta çətin soyulursa bu yeni, rahatlıqla soyulursa bu köhnə yumurta sayılır.
Yumurtanın neçə günlük olduğunu da su testi ilə bilmək mümkündür.
Suya qoyduğunuz yumurta tamamilə suyun dibinə batırsa bu, yumurtanın 1-3 günlük olduğunu göstərir.
Suyun dibinə batan yumurtanın iti ucu səthə təmas edirsə və ya geniş hissəsi yuxarı doğru qalxırsa bu yumurta 4-6 günlük olduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

Top