İsrail səfiri prezidentin qəbulunda akrobatik hərəkətlər etdi - VİDEO


Şimali Makedoniyanın prezidenti Stevo Pendarovski, qəbuluna gələn İsrail səfiri Den Oryanın "akrobatik bacarıqlarını" öz feyzbuk səhifəsində paylaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Makedoniyanın İsrail səfiri Den Oryan, may ayının 6-da prezident Stevo Pendarovski ilə qeyri-ənənəvi görüş keçirib.
Sabiq gimnast olan Den Oryan, Pendarovski ilə görüşü zamanı tək əlinin üstündə dayanaraq akrobatik hərəkətlər edib. Həmin anın fotosunu öz feyzbuk səhifəsində yayımlayan Pendarovski bu ifadələrə yer verib: "İsrail səfirinin akrobatik hərəkətlər göstərdiyi bu kadr, həm ilham qaynağı, həm də idmanın nə qədər vacib və bəzən də gülməli olduğunun sübutu ola bilər".
Qeyd edək ki, D. Oryanın başqa görüşlər zamanı etdiyi akrobatik hərəkətlərin kadrları da sosial şəbəkələrdə mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top