Əli Babacan AKP-dən istefa verdi


Əli Babacan Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verdi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Babacan AKP-dən istefa verərək çıxıb. Məlumata görə, o, istefasını yazılı şəkildə təqdim edib. Əli Babacan 1967-ci ildə Ankarada dünyaya gəlib. O, 2001-ci ildə AKP üzvü olub. Bundan əlavə 2009-cu ildə baş nazir müavini təyin olunub. Ə.Babacan evlidir və üç övladı var.
Qeyd edək ki, ötən gün Ə.Babacan istefa verəcəyini bildirmişdi. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Babacanla görüşərək “partiyada qal, getmə birlikdə işlər görək” deyib.

DİGƏR XƏBƏRLƏR

Top