Mingəçevir xəstəxanasının baş həkimi uşaq ölümü ilə bağlı məlumat açıqlayıb.
Yeniavaz.com-a Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov açıqlama verərək bildirib ki, 2018-ci il təvəllüdlü Ağdaş rayon sakini Türkel Ələkbərlnin valideyinləri tərəfindən Ağdaş xəstəxanasından Mingəçevirə gətirilən 10 aylıq körpə faktiki ölümcül vəziyyətdə olub:
"Gecə saat 12 radələrində xəstəxanamıza daxil olan Türkel Ələkbərli dərhal uşaq reanimasiya şöbəsinə yerləşdirildi. İlkin müayinələr zamanı onda ağır tənəffüs problemi müəyyən olunmuşdu. Digər problemləri də mövcud idi. Belə deyək bizə çatdırılanadək artıq iş-işdən keçmişdi. Bununla belə həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsə də təəssüflə bildirirəm ki, onu qorumaq mümkün olmayıb. Artıq faktla bağlı məhkəmə tibbi ekspertiza aparılır. Yalnız bundan sonra daha dəqiq səbəb müəyyən olunacaq. Çünki tənəffüs problemləri də müxtəlif daxili təsirlərin təzahürü olaraq ölümə gətirib çıxara bilər".
Əldə edilən digər məlumata görə azyaşlının Mingəçevirə çatdırılması zamanı Ağdaş rayon Mərkəzi xəstəxanasının da qismən günahı olub. Belə ki, ağır ölümcül vəziyyətdə olan körpə bir rayondan digər şəhərin xəstəxananasına apararkən heç bir ambulans avtomobil ayırmayıb və tibb işçilərinin müşayəti olmadan aparılma valideyinlərinə həvalə olunub. Faktla bağlı araşdırmalar davam edir.
Esmira Hidayətova, Mingəçevir
***09:11
Ağdaş xəstəxanasından Mingəçevirə gətirilmiş 10 aylıq uşaq ölüb.
Yeniavaz.com xəbər verir ki, yüksək hərarətlə valideynləri tərəfindən Ağdaş rayon xəstəxanasına, oradan da Mingəçevir xəstəxanasına aparılan 10 aylıq Ağdaş rayon sakini Türkel Cavid oğlu həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Ölümün əsas səbəbi tam məlum deyil.
Faktla bağlı araşdırmalara başlıanılıb.
Esmira Hidayətova, Mingəçevir