"Hacı Mazan"ın son durumu açıqlanıb - CİYƏRLƏRİ ZƏDƏLƏNİB

İki gün əvvəl Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun son durumu açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, onun ağciyərinə ciddi ziyan dəyib. 

Hacı Mazanın yenidən əməliyyata alınacağını bildirən G.Aslanova bunun iş adamının vəziyyətindən asılı olduğunu dilə gətirib:

“Ramazan Zeynalov hazırda reanimasiya şəraitində saxlanılır. Onun ağciyərlərinə ciddi ziyan dəyib. Həkimlərin müdaxiləsi ilə xəstə şok vəziyyətindən çıxarılıb. İki gündür stabil vəziyyətdə saxlanılır. Həkimlər əməliyyat üçün ciyərlərin vəziyyətini müşahidə edir. Xəstə bir az daha özünə gəldikdən sonra vəziyyətinə uyğun olaraq əməliyyata alınacaq”.

DİGƏR XƏBƏRLƏR

Top