Gəncədə polis əməkdaşı özünü güllə ilə vurub - YENİLƏNİB

Gəncə sakininin silahla ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirdiyi müəyyənləşib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Vüqar Ələsgər oğlu Hüseynov Gəncə Şəhər Baş Polis İdarəsinin Qeydiyat və Şəxsiyyət Vəsiqəsi Xidmətinin inspektoru, polis baş leytenantıdır. 

Onun qarın boşluğundan güllə yarası aldığı və vəziyyətinin normal olduğu bildirilir. 


***18:31
Gəncə şəhərində güllələnən şəxsin kimliyi məlum olub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, bu, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Vüqar Hüseynovdur. 

***17:38
Gəncə şəhər sakini güllələnib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hələ ki şəxsiyyəti məlum olmayan şəxs güllə yarası ilə xəstəxanaya yerləşdirilib. 

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top