Hacı Mazanın düşdüyü qəzadan görüntülər - VİDEO - YENİLƏNİB


Yeniavaz.com
 xəbər verir ki, BAKU.WS bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunda baş verən qəzanın görüntüsünü əldə edib. 

Həmin görüntünü təqdim edirik:



***13:15
 
Xəbər verdiyimiz kimi, bu gün Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalov Biləsuvar rayon ərazisində ağır qəzaya düşüb. Müxtəlif bədən xəsarətləri alan iş adamı əvvəl Biləsuvar rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. 

 

Yeniavaz.com xəbər verir ki, “Qafqazinfo” hadisənin fotolarını əldə edib.

Sözügedən şəkilləri oxuculara təqdim edirik:

Qeyd edək ki, Hacı Mazanın olduğu “Range Rover” 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub.








***12:14
Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Yeniavaz.com xəbər verir ki, nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.


***11:43
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top