Türkiyənin "Petkim" limanında yanan gəmi SOCAR-a məxsus deyil - YENİLƏNİB

Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq  üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "APA"ya “SOCAR Türkiyə”dən bildirilib. 

"Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir", - deyə “SOCAR Türkiyə”dən qeyd olunub.

Məlumata əsasən, bütün  gəmi əməkdaşları təxliyə edilmiş; yaralı bir gəmi əməkdaşı vəfat etmiş , qazdan zəhərlənən bir nəfər isə  müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilmişdir. Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.


***09:56
Türkiyənin İzmir şəhərində gəmi yanıb.

Yeniavaz.com Publika.az-a istinadən xəbər verir ki, Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış olub. Ardınca isə yanğın çıxıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki, məlum deyil. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır.

Yanğın nəzarətə alınıb. Prokurorluq istintaq araşdırmalarına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top