Bakıda gecə yaşlı kişini maşınla vurub öldürdülər - VİDEO​ - YENİLƏNİB

Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Sürücü qəzadan sonra ordan qaçıb.


APA-nın verdiyi məlumata görə, piyadanı avtomobillə vurduqdan sonra ərazidən yayınan sürücü saxlanılıb.

Həmin şəxs polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub.

Bildirilir ki, qəzada iştirak edən "VAZ 2107" markalı avtomobilin də yeri müəyyən edilib. 


***01:14
Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

Hadisə Nobel prospektində qeydə alınıb.

İlkin məlumata görə, 60-70 yaşlarında kişi yolu keçmək istəyərkən onu "VAZ 2107" markalı avtomobil vurub və hadisə yerindən yayınıb. Piyada isə hadisə yerində dünyasını dəyişib.

Hazırda polis həmin avtomobilin axtarışlarını aparır.

DİGƏR XƏBƏRLƏR

Top