Bakının Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş avtoqəzada xəsarət alanlardan biri Şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovdur.
APA-nın xəbərinə görə, F.Poladov həmin vaxt "Niva" markalı avtomobili idarə edirmiş.
Hazırda idmançının müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirilir.
19.08
Bakı Olimpiya Stadionunun qarşısında yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar Heydər Əliyev prospekti - Hava limanı istiqamətində tıxac var.
Tıxacla əlaqədar qeyd edilən yolda sürət həddi 20 km/saat endirilib.