Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub. 

Hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar. 

*** 08:58
Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top