Hovuzdan istifadə edənlərin DİQQƏTİNƏ - Bunlara əməl etməlisiniz


Yay fəsli ilə əlaqədar insanlar sərinləmək üçün çimərlik hovuzlarına üz tutur. Ancaq gigyenik cəhətdən təmiz olmayan hovuzlar, ciddi xətəliklərə yol açır. Açıq ərazilərdə olan hovuzlarda suyunun çirklənməsi, mikrobların artması halları baş verir. Hovuzlardan istifadə zamanı insanların infeksion xəstəliklərə, cinsi xəstəliklərə yoluxma ehtimalı daha çox olur.
Yeniavaz.com mütəxəssislərin hovuzlardan istifadə edərəkən infeksion xəstəliklərə yoluxmamaq üçün tövsiyyələrini təqdim edir:
- Xlor səviyyəsi artıq olmayan və təmiz hovuzlardan istifadə etmək.
- Hovuza girməmişdən əvvəl yuyunmaq.
- Hovuzda 30-40 dəqiqədən artıq qalmamaq.
- Hovuzdan çıxandan sonra yuyunaraq bədəni hovuz suyundan təmizləmək.
- İstifadə etdiyimiz çimərlik patlarını dərhal dəyişdirmək.
- Hovuzdan çıxdıqdan sonra bədənin bütün hissəsi yaxşı yaxşı qurutmaq.
- Mümükün olduğu qədər hovuz yerinə dənizə getmək.
- İnfeksion xəstəliyin ilkin əlamətlərini hiss edən kimi dərhal həkimə müraciət etmək.
- Hovuz kənarında yemək yeməmək, siqaret çəkməmək.
- Hovuzun ərazisinə ayaqqabı ilə və ya gündəlik istifadə etyiniz çəkələklə giriməmək.
- Ayaqları mütləq dezifeksiya etmək.
- Hovuz suyunu udmamaq.
- Qulaq infeksiyalarına qarşı qulaq tıxaclarından istifadə etmək.
- Göz infeksiyasına qarşı su eynəklərindən istifadə etmək.
- Suya girərkən saçlarınızı yoluxucu xəstəliklərdən qorumaq üçün üzgüçülük papağından istifadə etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top