Əli Kərimli sərbəst buraxılıb - YENİLƏNİB

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Əli Kərimliyə Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.


***13:44
Yeniavaz.com
xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub. Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi iddia olunur.

***13:27
AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, Müsavat Partiyasının qərargahında bu gün keçirilən “Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top