Yüksək təzyiqi salan qidalar


Hipertoniya (yüksək təzyiq) günümüzün əsas problemlərindən birinə çevrilən xəstəliklər arasında ilk sıralarda gəlir. Bu xəstəlik uşaqlardan tutmuş böyüklərə kimi hər kəsdə aşkarlana bilər və yavaş-yavaş irəliəyir. Baş ağrıları, nizamsız ürək döyüntüləri, qulaqlarda uğultu, yorğunluq, burun qanaması xəstəliyin əsas göstəriciləridir. Belə xəstələr yedikləri qidalara xüsusi diqqət yetirməlidirlər.
Yeniavaz.com yüksək təziqi olan insanların mütləq yeməli olduqları qidaları təqdim edir:
1. Tərəvəzlər - Təzyiq xəstələrinə hər gün yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla, 2-3 kasa fərqli rənglərdəki tərəvəzlərin çiy və ya qaynadılmış halda istifadə olunması tövsiyə olunur 
2. Sarımsaq - Bu qida damarları genişlədərək qanın ürəyə daha sürətlə çatmasını təmin edir.
3. Süd məhsulları - Qatıq, süd, pendir kimi qidaları gündəlik qidalanmanıza əlavə etməyiniz təzyiqinizi normal saxlamaqda köməkçi olacaqdır. 
4. Banan - Gün ərzində 1 ədəd yeyilən banan təziqi aşağı salır.
5. Zeytunyağı - Güclü antioksidant mənbəyi olan bu yağ da, yüksək təziqi aşağı salır.
6. Pimidor - Xolestrolu aşağı salır və təziqi düzgün nizamlayır.

Qeyd edək ki, duzun çox istifadəsi təziqin yüksəlməsinə gətirib çıxarır.

DİGƏR XƏBƏRLƏR

Top