Hacı Əliyev daha bir erməniyə rəqib oldu - YENİLƏNİB

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarında daha bir erməni idmançıya rəqib olub.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, Hacı Əliyev (-65 kq) ikinci görüşündə belaruslu rəqibini də məğlub edib.

O, Georgi Kolyevə 7:5 hesabı ilə qalib gəlib. Yarımfinaldakı rəqibi Ukraynanı təmsil edən erməni Qor Ohanesyan olacaq.

Nurməhəmməd Hacıyev (-97 kq) isə öncə polşalı Radoslav Barana 8:0, 1/4 finalda gürcüstanlı Elizbar Odikadzeyə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi ukraynalı Murazi Mçedlidze olacaq.

Qadın güləşində çıxış edən İrina Netreba (-68 kq) yarışa uğursuz başlayıb. 1/8 finalda Yeni Fransona (İsveç) uduzan təmsilçimiz rəqibin finala yüksəlməsini gözləməyə məcburdur.



***13:11
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Yeniavaz.com xəbər verir ki, 65 kq çəki dərəcəsində olan idmançımız 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçib.

Qeyd edək ki, Hacı Əliyev 1/4 final mərhələsində Belarus təmsilçisi George Kolievlə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top