Fuad Abbasov Bakıdadır: "Fəaliyyətimi yenidən davam etdirəcəyəm"

"Mən bütün bu baş verənlərə görə mütləq məhkəməyə müraciət edəcəyəm. Fəaliyyətimi də daha fəal şəkildə davam etdirəcəyəm".

Bunu "Report"a açıqlamasında gecə saatlarında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov deyib.

Jurnalist deportasiya edilməsinin onun üçün gözlənilməz olduğunu bildirib:

"Hər kəsə təşəkkür edirəm. Mən bura bu qədər insanın gəlməsini istəmirdim. Ona görə də heç kimə heç bir xəbər verilməmişdi. Özüm üçün də gözlənilməz oldu çıxmağım (deportasiya olunması – red.). Tam 40 gün boyunca qapalı məkanda qalmışam. Ona görə də bir az dincəlmək istəyirəm. Dünən axşam dindirilmişdim və bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, artıq Rusiyanı tərk edirəm. Yəni, bir az özümə gəldikdən sonra, ayrıca bir mətbuat konfransı keçirib, bütün suallarınıza cavab verəcəyəm".

O, səhhətində heç bir problemin olmadığını, həmçinin fəaliyyətini daha da fəal şəkildə davam etdirəcəyini deyib:

"Mən bütün bu baş verənlərə görə mütləq məhkəməyə müraciət edəcəyəm. Səhhətimdə heç bir problem yoxdur. Hər şey yaxşıdır, sadəcə 12 gün boyunca aclıq olub, qalan günləri çox rahat keçirdim. Fəaliyyətimi daha da fəal şəkildə davam etdirəcəyəm".

21.00

Rusiyada saxlanılan jurnalist Fuad Abbasov Azərbaycana deportasiya edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Abbasovun "Facebook" səhifəsində xəbər verilib. 

“Bu gün jurnalist Fuad Abbasov azadlığa çıxıb və Rusiyanı tərk edərək Moskva saatı ilə 19:40-da AZAL ilə Bakıya yola düşüb”, deyə paylaşımda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top