Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB

Şirməmməd Hüseynovun vida mərasimi yeri dəyişdirilib.

Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək.

Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.

Ş.Hüseynov bu gün 95 yaşında vəfat edib.

21.06
Şirməmməd Hüseynov bu gün 19:00 radələrində evində vəfat edib. 
Bu barədə onun nəvəsi Toğrul Əliyev məlumat verib.
O bildirib ki, mərhumla vida mərasimi sabah saat 13:00-da Təzəpir məscidində keçiriləcək.
Ş.Hüseynovun dəfn ediləcəyi yer hələlik dəqiqləşdirilməyib. APA

DİGƏR XƏBƏRLƏR

Top