Bakıda universitet tələbəsini otaq yoldaşı bıçaqladı


Bakıda xarici ölkə vətəndaşı olan tələbə bıçaqlanıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, Şri-Lanka vətəndaşı, 33 yaşlı Konara Mudiyam Silage Damt Nalinda Ariada Sa xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı xəsarətin otaq yoldaşı və həmyerlisi Aqaruda Jus Afaimilge Rumeş Hemaşandra tərəfindən yetirildiyi məlum olub.

Hər iki tərəf hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs Qərbi Kaspi Universitetinin tələbələridir.

DİGƏR XƏBƏRLƏR

Top