"Megafun"da helium şarlarının partlaması nəticəsində 10 nəfər xəsarət alıb - YENİLƏNİB​

"Megafun" Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3 nəfər yanıq xəsarəti alıb.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.


22.45
Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın baş verməyib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında deyib ki, əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 nəfər azyaşlı və 4 nəfər böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb.

Xəsarət alanlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top