Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın başlayıb - YENİLƏNDİ

Gəncədə beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, dam örtüyünün 5 kvadratmetr sahəsi yanıb və xəsarət alan yoxdur.

Yanğının başvermə səbəbləri araşdırılır.

***13:34

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın baş verib. 

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində qeydə alınıb. 

Yanğının binanın çardağında başladığı bildirilir. Hadisə yerinə Gəncə şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top