İran ABŞ təyyarəsini vurduğu anın kadrlarını yaydı - VİDEO


İran Dövlət Televiziyasının sosial mediadakı səhifələrində hava hücumundan müdafiə sistemlərinin səmadakı bir hədəfi vurduğu kadrlar yayılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif məsələ ilə bağlı açıqlama verib: "00:14-də Birləşmiş Ərəb Əmirliklərindən havalanan ABŞ-a məxsus PUA(pilotsuz uçan aparat) İranın hava məkanına icazəsiz daxil olduğu üçün 04:05-də Kumubarək yaxınlığında, '25°59'43"N 57°02'25"E' koordinatlarında vurulub".
Daha sonra İranın Silahlı Qüvvələri də həmin kadrları ictimaiyyətlə bölüşüb.

DİGƏR XƏBƏRLƏR

Top