Aprel şəhidinin xanımı imkanlı şəxslərdən KÖMƏK İSTƏDİ

Aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə sosial şəbəkə vasitəsilə imkanlı şəxslərə müraciət edib. Müraciət yeganə qardaşı Hümbətli Dənizin ölümün pəncəsindən xilas edilməsi üçündür.
Yeniavaz.com xəbər verir ki, Pərişan Musazadə bu barədə modern.az saytına danışıb. O bildirib ki, qardaşının həyatı təhlükədədir:
“Qardaşımın vəziyyəti yaxşı deyil, Dəniz “Qoşe” xəstəsidir. Uzun illərdir əlimizdən nə gəlirsə edirik , amma vəziyyəti ağırlaşdı və Türkiyəyə apardıq. Qaraciyəri təmiz iflas edib və digər orqanları zədələyib”.

Onun sözlərinə görə, həkimlər əməliyyat üçün 100 min dollar və qaraciyər verəcək donor tələb olunduğunu bildirib:

“Dəniz hazırda Türkiyədə “İstanbul Aydın Üniversitesi Florya Medicalpark Hastanesi”ndədir və imkanı çatan şəxslərdən kömək gözləyir”.

Hümbətli Dənizin həyatını xilas etmək istəyənlər (070) 255-30-03 nömrəsilə əlaqə saxlaya bilər. Yaxud aşağıdakı fotoda göstərilən Kapital Bankdakı hesaba pul köçürə bilərlər. 

Bank Respublika: 380194402473310001

AZE: 14838218

Qeyd edək ki, “Qoşe” xəstəliyi (ing. Gaucher’s disease) qlükoserebrozidaza fermentinin genetik çatışmazlığı nəticəsində inkişaf edir. Fermentin defekti ilə defisiti qlükoserebrozidlərin utilizasiyanın pozulmasına gətirib çıxarır. Xəstəlik zamanı eritrositlərdə, leykositlərdə və retikuloendotelial sistem hüceyrələrində (toxuma makrofaqları) qlükoserebrozidlərin miqdarı artır. Xəstəliyin ağır keçən (kəskin) formaları dalağın və qaraciyərin sürətlə böyüməsi, fiziki və psixi inkişafın ləngiməsi, mərkəzi sinir sisteminin zədələnmələri, hipoxrom anemiya, leykopeniya kimi əlamətlərlə müşayiət edilir.

DİGƏR XƏBƏRLƏR

Top