ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin ilk kampaniyasını Florida ştatının Orlando şəhərində həyata keçirdiyi mitinqlə başladıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, səhnəyə həyat yoldaşı Melanya ilə birgə çıxan Tramp seçki vəədlərini sıralayarkən ciddi bəyanatlar yayıb. Onun sözlərinə görə 2020-ci ildə demokratlara veriləcək hər bir səs radikal sosializmin inkişafına təkan verəcək və Amerikan xülyasının məhv olmasına yol açacaq.
Tramp 2016-cı ildə onu prezident seçən seçicilərinə səslənib: "ABŞ prezidenti olaraq ikinci dəfə seçki kampaniyamı başlatmaq üçün qarşınızdayam. Söz verirəm ki, sizin etibarınıza layiq olacağam. Demokratlar ölkəmizi məhv etməyə çalışırlar. Biz onlara izn verməyəcəyik".