Ağstafada güllə yarası alanlardan birinin ayağı amputasiya olunub - VİDEO - YENİLƏNİB


Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda"Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. 
Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır.

***11:37

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub. Belə ki, hadisə nəticəsində 8 nəfər güllələnib, onlardan 4-ü ölüb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, ölənlər 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Bundan başqa, Şərqiyyə Musayeva və övladları - Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir.

Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur. 

***11:12
Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.  

Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top